AZ

“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ

 

“Bizə yaradılan şəraitdən istifadə edərək,verilən tapşırıqları doğru şəkildə yerinə yetirsək, bu bəlanın 50 faiz qarşısını ala bilərik. Niyə 90 və ya 100 faiz demirəm, çünki dünyanın heç bir yerində bunun qarşısını tam almaq mümkün olmayıb”.

Bu barədə Ednews-a olan müsahibəsində Narkomaniya üzrə ekspert Emil Maqalov bildirib.

- Azərbaycanda son vaxtlar xüsusilə gənclər arasında narkotik vasitələrinin artmasının əsas səbəbi nədir?

- Narkotikə maraq məhz mühitdən yaranır. Burada ailə 20-30 faiz rol oynayır. Çünki söhbət yeniyetmədən gedirsə, onların düşdüyü mühit əsasdır. Mühit içərisində gənclərin və ya yeniyetmələrin özünü göstərmə məsələsi var. Orta məktəblərdə şagirdlər özlərindən yüksək gördüyü şagirdlərin mühitinə düşmək üçün onların istifadə edə biləcəyi narkotik vasitələrə maraqları oyanır. Qadağan edilmiş maddələrdən istifadə edilməsini zamanı gənclər özlərini “alçaq dağları yaradanlar” kimi hiss edirlər. Bu cür hadisələr dəfələrlə olub və mən də şahidi olmuşam. Çoxları qeyd etsə də bu ailədən gəlir, xeyr elə deyil. Mən dəfələrlə çıxışlarımda vurğulamışam ki, ailə burada 20-30 faiz rol oynayır. Çünki elə ailələr var ki, ziyalı və ya yaxşı ailələrdir. Onların uşaqları sırf bu yola düşüb. Qısa sözlə desəm varlı-kasıb, tərbiyəli-tərbiyəsiz ailə, övladın narkotik aludəçisi olmağında az rol oynayır. 

- Narkotiklərin insan sağlamlığa hansı zərələri var?

- Bir neçə müddət əvvəl zərərli narkotiklər olan metanfetamin və anfetamini kök qadınlara arıqlamaq üçün təklif edirdilər. Onlar bunları istifadə etdikdən sonra tez müddətdə arıqlayırdılar. Nəticədə arıqlasalar belə ciddi xəstəliklərə düçar olmaqdan əlavə narkotik istifadəçisi də olurlar. Həmin qadınlarda ölüm halları da çoxalır. Qadınların narkotik istifadə etməsi mentalitetimizə uyğun olmadığına görə bu cür ölümlər mediada yayılmır və fərqli xəstəlik səbəbli ölümlər qeyd olunur. Ona görə də statistik olaraq narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur. Əlavə olaraq narkotiklər beyin funksiyalarını dəyişdirərək yaddaş itkisi, problem həll etmə, yaralı impuls kontrolları və digər mental vəziyyətlərə səbəb ola bilər. Narkotiklər bədənin müxtəlif orqan və sistemlərinə maddi zərər vuraraq, məsələn, böyrəklərin zərər çəkməsinə və müxtəif xərçəng xəstələliklərinin yaranmasına səbəb ola bilər.

- Onları bu bəladan necə xilas etmək olar?

- Onların başa düşəcəyi dildə təlimlər keçərək xilas etmək olar. Keçirilən bəzi təlimlərdən misal gətirmək istəyirəm ki, orada məqsəd sadəcə təlimlə bağlı şəkil çəkdirmək və hesabat vermək olmamalıdır. Bəzi təlimlərdə uşaqlara danışmağa belə imkan vermirlər və ya əvvəlcədən hazırlaşdırılmış sual-cavab məsələləri baş verir. Ən böyük problemlərdən biri də risk təşkil etməyən, savadlı və oxuyan uşaqları tədbirə dəvət edirlər. Maarifləndirmə zamanı ətrafa təsir edən şagirdləri və risk qrupu sayılanları təlimə cəlb etmək və onlarla səmimi söhbət aparmaq daha müsbət nəticələr doğuracaq. Bu sayədə biz onlara təsir etmiş olacağıq”.

Xəyal Ramiz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla