AZ

Formula 1-in gəliri ötən illə müqayisədə 45% artıb

“RaceFans”ın yaydığı məlumata görə, 2024-cü ilin birinci rübündə Formula 1-in gəlirləri təxminən 553 milyon dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 45% çoxdur. Beləliklə, komandalara ümumi ödənişlər də 45% artaraq 130-dan 163 milyon dollara yüksəlib.

Gəlirlərin artmasının əsas səbəbi, Formula1-in bu mövsüm keçən il ilə müqayisədə ilk rübdə daha bir yarış keçirməsi olub. Çempionat martda yox, fevralda başlayıb. Əlavə qran-pridən əlavə, yarışı göstərmək üçün media şirkətləri ilə yeni razılaşmalar sayəsində Formula 1-in gəlirində artım əmələ gəlib.

Onu da qeyd etmək lazımdır ki, F1-in əməliyyat gəliri 2023-cü illə müqayisədə 15 milyon dollar artaraq 94 milyona çatıb. Yarış seriyasının digər fəaliyyətlərdən əldə etdiyi gəlir, əsasən yeni Formula 2 bolidinin satışı hesabına yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
futbolinfo.az

1Mənbələr