AZ

Ukrayna ordusu 20 minə qədər məhkumu səfərbər edə bilər


Ukrayna ordusnun sıralarına 20 minə qədər məhkum cəlb oluna bilər.
Yeniavaz.com
xəəbər verir ki, bunu BBC-nin Ukrayna xidmətinə müsahibəsində Ukrayna ədliyyə naziri Denis Malyuska açıqlayıb.
“10-20 min. Artıq yox”, - deyə nazir bu barədə suala cavab verərkən bildirib.
Eyni zamanda, Malyuska qeyd edib ki, hərbi həkim komissiyalarından çox şey asılı olacaq. Bu və ya digər döyüşçünün Ukrayna Silahlı Qüvvələri üçün yararlı olub-olmaması müəyyən ediləcək.
Digər tərəfdən, Ukraynanın “Strana” nəşri ölkənin penitensiar xidmətindəki mənbəyə istinadla yazıb ki, Ukrayna Silahlı Qüvvələrinə 10-15 mindən çox məhkumu səfərbər etmək mümkün olmayacaq, lakin onların əksəriyyətini orduya məcburi şəkildə cəlb etmək lazım olacaq.
Mənbə onu da bildirib ki, Ukraynada 28 minə yaxın şəxs cəza çəkir ki, onlardan qadınlarla yanaşı, səhhətinə, yaşına və törətdiyi cinayətə görə hərbi xidmətə yararsız olanları çıxmaq lazımdır.
Qeyd edək ki, bundan əvvəl Ali Rada ikinci oxunuşda məhkumların səfərbər edilməsi haqqında qanun layihəsini qəbul edib. Sənədə əsasən, milli təhlükəsizliyin əsaslarına qarşı cinayət törətmiş şəxslər, qatillər, pedofillər və spirtli içki və ya narkotik vasitənin təsiri altında ölümlə nəticələnən bədbəxt hadisələr törətmiş şəxslər istisna olmaqla, bütün məhkumlar səfərbərliyə cəlb olunacaq.
Qanun layihəsində həmçinin məhkumların səfərbərliyə və tibbi müayinədən keçməsinə razılıq verilməsi proseduru da öz əksini tapıb. Öz növbəsində bölük komandirləri belə çağırışçıları qəbul etməyə razılıq verməli olacaqlar.
Xatırladaq ki, Ukrayna Ədliyyə Nazirliyi uzun müddətdir ki, məhbusların səfərbər olunmasının tərəfdarı olduğunu bildirib. Nazir Denis Malyuska yazın sonuna kimi analoji qanun layihəsinin qəbul ediləcəyini açıqlayıb. Onun sözlərinə görə, minlərlə məhkum Ukrayna ordusu sıralarına qoşulmağa hazırdır və ümumilikdə ən azı 50 min cinayət keçmişi olan şəxs hərbi xidmətə çağırıla bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla