AZ

"Bunu çox susqunluqla və çarəsizliklə qəbullanan qadınlar var" - Psixoloq

Azərbaycanda məişət zorakılığı nəticəsində zərərçəkənlərin sayı artıb. Bu artım 2022-ci illə müqayisədə 2,6 faiz təşkil edib. Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində çərərçəkənlərin 80,9 faizi qadınlar, 0,7 faizi isə yetkinlik yaşına çatmayanlar olub. Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 8,8 faiz artaraq 74 nəfər olub. Onlardan 49 qadın son bir ildə ailə-məişət davalarında öldürülüb.

Nəyə görə bu kimi hallar baş verir və xüsusən qadınlar belə münaqişələrdə öldürülür? Bu kimi halların qarşısını almaq üçün hansı addımların atılmasına ehtiyac var?

Psixoloq Ülviyyə Murtuzova Herbiand.az-a bildirib ki, burada hər iki tərəfin günahkarlıq və məsuliyyət hissinin daşıyıcı qüvvələrin fərqi var:

"Bunu bu hadisəyə vadar etmə tərəf var. Məişət zorakılığına sürükləyən tərəf var. Bunu edib sadəcə susqunluq və çarəsiz özünü müdafiə etmədən olacağını və nə olursa-olsun deyib çarəsizlik göstərən tərəf var. Bunu buna sürükləyən qadın tərəfləri də var və yaxud ciddi psixi və psixoloji pozuntu yaşayan kişilər də var ki, bunu da çox susqunluqla və çarəsizliklə qəbullanan qadınlar var. Ona görə də hər iki tərəfdə əzilən və döyülən qadınlar olur. Təbii ki, zorakılıq kişilərə də tətbiq olunur. Deməzdim ki, 80 faiz qadınlar döyülür, kişilər də buna məruz qalır. Söhbət fiziki şiddətdən getmir. Burda söz şiddəti, söz təcavüzü deyilən bir şey var. Bundan başqa emosional basqı, insanı özünə və ətrafa xəsarətə sürükləyən məqamlar var. İnsanın özünü affekt duruma gətirib çatdırma nöqtələri var ki, belə vəziyyətdə özünə nəzarəti itirir. Tutaq ki, sükan arxasında oturub evdən sadəcə gedim deyərək maşını sürətlə sürəndə özünə xəsarət yetirir. Belə olan halda ölüm halları olur və ya aqresiyasını kənarda başqa insana yansıdır. Bu da böyük davaya və ya ailədaxili münaqişəyə gətirir, sonda isə cinayət törədilir. Ona görə də buna sürükləyən tərəflər də var".

Ülviyyə Murtuzova qeyd edib ki, əgər psixoloji tərəfini danışsaq burada ciddi davranış pozuntusu gedir:

"Bu məsələlər insanın birbaşa avtonom sinir mərkəzinin pozulmasından başlayır. Burda təbii ki, ciddi paranoal xəstələr ola bilər. Affekt durumun daşıyıcısı ola bilər. Yəni, bir neçə məqamlar var. Məsələn, paranoal pozuntu orqanik beyin xəstəliydir. Bunun müalicəsi çox çətin prosedurdur və aylara, illərə söykənir. Bəzən də müalicəsi olmur. Çünki şizofreniyaya doğru gedən xəstəlikdir.  Buna görə də burada birinci olaraq davranış pozuntularına gətirib çıxaracaq depresiya, təşviş pozuntusu var. Burda çox ciddi əqli gerilik zəka geriliyinə gətirib çıxaracaq. Affektivlik pozuntusu, psixoz pozuntu və sonda isə artıq paranoal xəstəlik var ki, bunun da müalicəsi sırf olaraq tədaviyə bağlanmalıdır".

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
Mənbələr
Şərh ()
Bağla

Reytinq