AZ

Azərbaycan COP29-a ev sahibliyi etməyə layiq ölkədir — Deputat

"COP29 kimi mötəbər tədbirə onu keçirməyə layiq olan ölkələr ev sahibliyi edir. Tədbirdə  100-dən çox ölkə rəhbəri, çox sayda nümayəndə heyətinin iştirakı gözlənilir". 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O qeyd edib ki, tədbir, əsasən, iqlim dəyişikliyinə həsr olunsa da, iqlim dəyişikliyinin təsir etdiyi bütün məsələlər də burada öz əksinə tapır:

"Hərbi əməliyyatlar, terror, nəqliyyatın fəaliyyəti, sənayeləşmənin müsbət və mənfi tərəfləri, şimal-cənub münasibətləri, inkişaf etmiş dövlətlərlə az inkişaf etmiş ölkələr arasındakı münasibətlər, bir sözlə, bütün məsələlər burada öz əksini tapır. Azərbaycanın tədbirə ev sahibliyi etməsi ilk növbədə ölkəmizin yüksək nüfuza sahib olduğunu göstərir. Tədbir dünya mətbuatının diqqətində olacaq. Dünya bir daha bütün diqqətini Azərbaycana yönəldəcək. Bu günlərdə biz vaxtaşırı digər ölkə rəhbərlərinin COP29 tədbirinə dəvət edilməsi ilə bağlı məlumatlar oxuyuruq. Ölkmizə gələn hər bir şəxs onun tarixi, mədəniyyəti, inkişafı ilə tanış olacaq. Azərbaycanla birgə iş görmək istəyən şirkətlər, ölkələr olacaq. Bir sözlə, Azərbaycan mədəniyyəti tanınacaq. 30 illik işğalın Azərbaycan inkişafına verdiyi zərər haqqında xarici ölkə nümayəndələrinin təsəvvürü genişlənəcək. Eyni zamanda işğaldan azad olunan ərazilərdə gedən quruculuq işləri barəsində qonaqlarda böyük təəssürat yaranacaq. Azərbaycan  tədbirin yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlaşır”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla