AZ

“Sabah”ın kapitanı üçüncü oyunu istəmir: “Çətin olacaq”

“Xırdalan”la ilk matçdakı qələbə bizə rahatlıq verməməlidir”.

Bunu İdman.bizə “Sabah”ın basketbolçusu Endər Poladxanlı deyib.

Komandanın kapitanı bu gün “Xırdalan”la yarımfinalın ikinci görüşü öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, matç heç də asan olmayacaq: "Yaxşı məşqçilər korpusu var. Oyunçuları, legionerləri çox yaxşı səviyyədədirlər. Bu səbəbdən rahatlaşmamalıyıq. Birinci oyunda olduğu kimi öz taktikaya, müdafiəyə fikir verməli, məşqçilərimizin tapşırıqlarını yerinə yetirməliyik. Seriyanın üçüncü oyuna uzatmadan finala vəsiqə qazanmaq istəyirik. Qalib gəlmək çətin olacaq. Çünki bu artıq pley-offdır. Müntəzəm çempionatdan fərqlidir. Burada asan rəqib yoxdur. “Xırdalan” əgər “dördlüy”ə düşə bilibsə, deməli, güclüdür”.

O, final barədə düşünməyin hələ tez olduğunu vurğulayıb: “Hazırda bütün diqqətlər “Xırdalan”la oyuna yönəlib. Hər şey ola bilər. Bu gün qələbə qazandıqdan sonra final barədə düşünəcəyik. NTD-İNDİQO və “Xəzri” də güclü komandalardır. Finalda da hansı komandayla qarşılaşsaq, onlara uyğun şəkildə hazırlaşıb, titulumuzu qorumağa çalışacağıq”.

Qeyd edək ki, “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq “Xırdalan” – “Sabah” qarşılaşması 19:30-da start götürəcək. Komandalar arasında keçirilən ilk matçda Azərbaycan çempionu 101:85 hesabı ilə qalib gəlib.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
idman.biz

1Mənbələr