AZ

Qadın nadir xəstəlik səbəbindən "vampirə" çevrildi 

Amerikalı qadın nadir bir xəstəlik səbəbindən günəşdən və sarımsaqdan qorxmağa başlayıb.

43 yaşlı amerikalı Cennifer Spitzer günəşə çıxmağı dayandırıb və evində demək olar ki, bütün güzgülərini sındırıb. 

Spitzer qəribə əlamətləri ilk dəfə 2023-cü ilin yayında hiss etdiyini bildirib. Qadının sözlərinə görə, işıq onun gözlərini zədələyib və dərisində yanan səpgilər əmələ gəlib. 


Bundan əlavə, Spitzer evdəki demək olar ki, bütün güzgüləri sındırdığını iddia edir:

“Üzümdəki səpgiləri və sürətlə seyrəkləşən saçlarımı, eləcə də alnıma yayılan ləkələri görmək istəmirəm. Gözlərimin altındakı bənövşəyi kölgələrin yuxusuzluqdan və ya həkim tərəfindən təyin olunan ağır steroidlərdən əziyyət çəkən bir xəstəliyin nəticəsi olub-olmadığını başa düşə bilmədim. Oynaqlarımda şiddətli ağrılar hiss edirəm”. 

Qeyd edək ki, qadına ötən ilin noyabrında ona otoimmün xəstəliyi, sistemik lupus eritematosus olduğu barədə məlumat verilib./ Lent.az 
 
    

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
4
Mənbələr
Şərh ()
Bağla