AZ

Jan-Lui Qasse “Atalanta”ya məğlubiyyəti şərh etdi

Marsel “Olimpik”inin baş məşqçisi Jan-Lui Qasse Avropa Liqasının yarımfinalının cavab oyununda “Atalanta”ya məğlubiyyəti şərh edib.

Arena.az xatırladır ki, Marseldə 1:1 hesablı heç-heçənin ardınca, “Olimpik” Berqamoda “Atalanta”ya 0:3 hesabı ilə məğlub olaraq, Avropa Liqası ilə vidalaşıb.

“Həqiqət budur ki, “Atalanta” çox yaxşı çalışır. Məşqçi Can Pyero Qasperini isə uzun illərdir burada işləyir və bir neçə mövsüm ərzində əla komanda qurub.

Hansısa məqamlarda oyuna qayıda bilsək də, onlar bizdən daha yaxşı idilər. Bu gün biz hər dueldə uduzduq”, – UEFA-nın rəsmi saytı fransız mütəxəssisdən sitat gətirir.

Avropa Liqasının finalına vəsiqə qazanmış “Atalanta” may ayının 22-də İrlandiyanın paytaxtı Dublin şəhərinin “Aviva” stadionunda Leverkuzen “Bayer”i ilə qarşılaşacaq. Final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla