AZ

Adil Şükürov "Kəpəz"dən ayrılır? - "işi yarım qoyub getmək istəmirəm, amma..."

Adil Şükürovun cari mövsümün sonunda "Kəpəz"in baş məşqçi postundan ayrılacağı haqda xəbərlər yayılıb.

"Football-plus.az"ın məlumatına görə, kluba sponsorluq etmək istəyən "F-Holding"in tələblərindən biri də onun işdən çıxarılmasıdı.
İddianın nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün mütəxəssislə əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri:

"Biz növbəti mövsüm üçün hazırlıq görməyə başlamışıq. İndiki durumda gündəm sponsorun tapılması və yeni komandanın formalaşdırılmasıdı ki, daha ciddi hədəflər uğrunda mübarizəyə qoşulaq. Yayılan xəbərlər haqda rəhbərliklə hansısa müzakirəmiz olmayıb. İndiyə qədər çox əziyyət çəkmişəm. İşi yarım qoyub getmək istəmirəm. Amma sponsor tapılmasa, elə yarım qalması məsləhətlidi. Gələcəkdə nə baş verəcəyini hamımız görəcəyik. Hazırda işimin başındayam və gedəcəyim günə qədər "Kəpəz" üçün ən yaxşısını etmək istəyirəm".

Qeyd edək ki, ötən ilin noyabrında Gəncə təmsilçisiylə Adil Şükürov arasında ikiillik müqavilə imzalanıb.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla