AZ

Qəzzada yanacaq və ərzaq böhranı

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (UNOCHA) bu gün verdiyi bəyanatda Rəfah keçidinin bağlanmasının yanacaq, yardım materialları və insanların hərəkətinə təsir göstərdiyinə diqqət çəkib.

News24.az xəbər verir ki, UNOCHA bildirib ki, sabah yanacaq gəlməsə, xəstəxanalar fəaliyyətini dayandıracaq.

Digər bəyanatla isə Birləşmiş Millətlər Təşkilatının Uşaq Agentliyi (UNICEF) çıxış edib.

UNİCEF yanacaq çatışmazlığının Qəzzaya humanitar yardım əməliyyatlarını günlər ərzində dayandıra biləcəyini ifadə edərək, cənubda ərzaq ehtiyatlarının günlər ərzində tükənməsinin gözlənildiyini qeyd edib.

UNICEF “Uşaq ölümlərinin qarşısı alınmalıdır” deyib.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla