AZ

Tanınmış rejissora ağır həbs cəzası verildi

İran İnqilab Məhkəməsi tanınmış və nüfuzlu tənqidçi rejissorlardan olan Məhəmməd Rəsulovun 8 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Bu barədə hüquq müdafiəçisi və vəkil Babək Pakniya məlumat yayıb.

Onun sözlərinə görə, ibtidayi məhkəmənin çıxardığı qərar Tehran Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və icra edilməsi üçün göstəyiş verilib.

Məhkəmənin qərarına görə, rejissor "əlbir olmaq, bəyanatlar yaymaq və sənədli filmlər hazırlamaqla ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq" istəyib.

Qeyd edək ki, son illərdə Rəsulov İslam Respublikasını sərt tənqid etdiyi üçün, İran hökumətinin məhkəmə və təhlükəsizlik orqanları tərəfindən davamlı olaraq mühakimə olunub.

Rəsulov sonuncu dəfə 2022-ci ilin iyununda həbs edilib və 7 ay həbsdə qaldıqdan sonra sərbəst buraxılıb.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla