AZ

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
 
İnstitutdan Aztibb.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan müəssisənin direktoru İradə Axundova tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük tarixi şəxsiyyət kimi daxil olan Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında tarixi xidmətlərindən və müstəqilliyi dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən, onun vəsiyyətini yerinə yetirən Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan dövləti üçün etdiyi əvəzolunmaz işlərdən danışıb.
 
Sonra YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək YAP-ın partiyanın təsis olunmasından bu günə qədər keçdiyi şərəfli inkişaf yolundan, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin xalq, dövlət qarşısındakı xidmətlərindən, Azərbaycanın Zəfər tarixindən danışıb.
 
Tədbirdə yubiley yaşında olan, o cümlədən 20 ildən artıq partiya stajına malik üzvlər mükafatlandırılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
aztibb.az

1Mənbələr