AZ

“Yeni dünya düzəninin sütunu bu ölkədir” - Orban

Rəsmi Budapeşt Ukraynadakı münaqişəni həll etmək üçün Çinin sülh planını dəstəkləyir.

Teleqraf.com xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

“Bu gün Avropa müharibənin tərəfindədir, yeganə istisna Macarıstandır, o, dərhal atəşkəs və sülh danışıqlarına çağırır və sülh üçün bütün beynəlxalq səyləri dəstəkləyir”, - macar lider Çin dövlət başçısı Si Cinpinlə birgə mətbuat konfransında bildirib.

Orbanın sözlərinə görə, Çin yeni dünya nizamının sütunlarından biridir. Bununla bağlı o, Macarıstanın Cinpinin təqdim etdiyi sülh təşəbbüsünü dəstəklədiyini bəyan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla