AZ

“Borussiya” ÇL-in finalında uduzsa, daha yüksək məbləğ qazanacaq

Dortmund təmsilçisi "Borussiya" olduqca uğurlu mövsüm keçirir.

Apasport.az xəbər verir ki, Bundesliqa klubu "ölüm qrupu"ndan çıxaraq Çempionlar Liqasının finalına yüksəlib.

"Borussiya" Çempionlar Liqası başa çatdıqdan sonra məğlub olsa da, yüksək məbləğdə pul qazanacaq.

Buna səbəb Cud Bellingemin 2023-cü ilin yayında Dortmund klubundan 130 milyon avroya "Real Madrid"ə transfer olmasıdır. İngilis futbolçunun "Real"la müqaviləsində Bellingem Çempionlar Liqasını qazansa, "Borussiya"ya 25 milyon avro veriləcəyi ilə bağlı bənd var.

Xatırladaq ki, Çempionlar Liqasının finalında qazanan komandanı 25 milyon avro mükafat gözləyir. 

Beləliklə, "Borussiya" finalda məğlub olacağı təqdirdə daha çox pul qazanacaq. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
5
Mənbələr
Şərh ()
Bağla