AZ

Biz xoşbəxt gənclərik ki, Ulu Öndərin əsasını qoyduğu milli ideologiya və gənclər siyasətindən bəhrələnmişik – Millət vəkili

Gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və onun uğurla həyata keçirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Bu fikirləri Herbiand.az-a millət vəkili Naqif Həmzəyev bildirdi. Qeyd etdi ki, hər bir Azərbaycan vətəndaşı kimi mən də Ulu Öndəri böyük ehtiramla anıram:

“Müdrik dövlət xadiimi Heydər Əliyev Azərbaycanın var olması üçün öz həyatını ölkəmizin inkişafına həsr etmiş bir dahi şəxsiyyətdr. Ulu öndər Heydər Əliyev hər zaman sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət siyasətinin mühüm vəzifəsi hesab edib.

Heydər Əliyev sovetlər dönəmində xüsusi xidmət orqanlarında çalışdığı zaman çox az sayda azərbaycanlının orada çalışmasına rast gəlinirdi. Bu səbəbdən də müdrik dövlət xadimi tutduğu vəzifədən istifadə edərək milli kadrların xüsusi xidmət orqanlarında sayının artırılmasına önəm verib”.

Millət vəkili Ümummilli Liderin gənclərin dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmaq üçün mühüm tapşırıqlar verdiyini diqqətə çatdırdı:

““Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir”-deyən Ulu Öndər bu istiqamətdə mühüm əhəniyyət kəsb edən tədbirlər görüb. Xüsusilə orta məktəblərin inkişaf etdirilməsinə, yeni orta məktəblərin tikilməsinə, yeni universitetlərin Azərbaycanın müxtəlif şəhərlərində açılmasına nail oldu. Və bununla yanaşı, Azərbaycanın istedadlı gənclərinin ən reytinqli universitetlərdə təhsil almaları üçün Azərbaycana ayrılmış kvota yerinin artırılmasına nail oldu”.

Millət vəkili Azərbaycanın müstəqillik qazandıqdan sonra üzləşdiyi çətinlikləri xatırlatdı. Belə bir çətin dönəmlərdə Ulu Öndərin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin inkişafında mühüm irəliləyişlərin olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, məhz Ümummilli Liderin gənclərə verdiyi xüsusi önəm onun bu sahəyə daha çox diqqət ayırdığının bariz nümunəsi idi:

“Heydər Əliyev hər zaman gənclərimizə xüsusi önəm verib və dəfələrlə çıxışlarında qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ona görə də Ulu Öndər ikinci dəfə hakimiyyətə gəldikdən sonra məhz gənclər siyasətinin düzgün həyata keçirilməsi üçün o zaman Gənclər və İdman Nazirliyi yaradıldı. Və qısa zaman kəsiyində Nazirlik gənclər siyasətinin əsas istiqamətini müəyyənləşdirərək onu reallaşdırmağa başladı. Həmçinin1996-cı il fevralın 2-də ilk dəfə Gənclər Forumu keçirildi. Forumda çıxış edən Ulu Öndər gənclər qarşısında duran mühüm vəzifələrdən danışdı. Onların gələcəyinə böyük ümidlər bəslədiyini diqqətə çatdırdı”.

Millət vəkili Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətinin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ən yüksək şəkildə davam etdirildiyini bildirdi:

“Məhz cənab Prezidentin rəhbərliyi dönəmində formalaşan ulu öndər Heydər Əliyev siyasətindən bəhrələnən gənclər işğal altında olan torpaqlarımızın azad olunmasında canlarını qurban verdilər. Və Azərbaycanın ən böyük problemi olan Qarabağ məsələsi öz həllini tapdı.

Bu gün ümummili lider Heydər Əliyevin bizə miras qoyduğu gənclər siyasəti uğurla davam etdirilir. Biz xoşbəxt gənclərik ki, Ulu Öndərin əsasını qoyduğu milli ideologiya və gənclər siyasətindən bəhrələnmişik. Bu gün də bu ideologiyaya sadiq qalırıq”.

Elnurə İSAXAN  



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla