AZ

Qazaxıstanda Atom Elektrik Stansiyası tikiləcək



Qazaxıstanda Atom Elektrik Stansiyası (AES) inşa olunacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu ölkənin energetika naziri Almasadam Satkaliyev deyib. O bildirib ki, atom elektrik stansiyasının gücü 2,4 giqavat ola bilər,

Qazaxıstan Atom Elektrik Stansiyaları” MMC-nin baş direktoru Timur Jantikinin sözlərinə görə, Qazaxıstanda atom elektrik stansiyalarının tikintisi ölkədə artan elektrik enerjisi çatışmazlığı problemini qismən həll edəcək.

Bu gün ölkədə 220 elektrik stansiyası, o cümlədən ümumi gücü 2,8 giqavat olan 144 bərpa olunan enerji obyekti fəaliyyət göstərir. Stansiya avadanlıqlarının köhnəlməsinin orta göstəricisi 56% təşkil edir.

Natiq Orucov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
newscenter.az

1Mənbələr