AZ

Daniele De Rossi: “Bu, qəhrəmancasına bir çıxış idi”

“Roma”nın baş məşqçisi Daniele De Rossi Avropa Liqasının yarımfinalında “Bayer”lə cavab oyununu (2:2) şərh edib.

Arena.az xatırladır ki, ilk oyunda Romada 0:2 hesabı ilə məğlub olmuş “canavarlar”, Leverkuzendəki 2:2 hesablı heç-heçədən sonra avrokuboklarla vidalaşıblar.

“Bu, qəhrəmancasına bir çıxış idi, amma “Bayer” çox güclü komandadır. Düşünürəm ki, hər iki oyunda yaxşı oynadıq, amma qapıya kifayət qədər zərbə vura bilmədik. Bəzən bu, hər şeyi dəyişə bilər, amma uşaqlar inanılmaz idi.

Bu mövsüm heç kimin “Bayer”i məğlub edə bilmədiyini bilərək, 0:2-dən qayıdıb möcüzəyə yaxınlaşmağı bacaranda, inanılmazdır, amma belə bir qol buraxmaq da çox ağrılıdır”, – “Sky Sport Italia” dərgisi italyan mütəxəssisdən sitat gətirir.

Avropa Liqasının finalına vəsiqə qazanmış “Bayer” may ayının 22-də İrlandiyanın paytaxtı Dublin şəhərinin “Aviva” stadionunda “Atalanta” ilə qarşılaşacaq. Final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
arena.az

1Mənbələr