AZ

Etibarlı tərəfdaşlığa söykənən münasibətlər

Azərbaycan və  Slovakiyaarasında diplomatik  əlaqələr 1993-cü  ilin noyabrın 23-də     qurulmuşdur.  Azərbaycanın  xarici  siyasətinin  prioritet  istiqamətlərindən biri  sayılan ikitərəfli  əməkdaşlıq yeni  istiqamətlər üzrə inkişafa zəmin  yaradır. Slovakiyanın  Baş nazirinin Azərbaycana səfəri və Bakıda keçirilən görüşlər iki  dövlət  arasında  gələcəkdə bu  münasibətlərin  daha  da dərinləcəyi  və  müsbət  dinamikaya  keçəcəyi  barədə danışmağa əsas  verir.

Slovakiya Azərbaycanla yalnız siyasi  deyil, həmçinin iqtisadi  sahədə də layihələrin həyata kecirilməsində  müstəsna  rola sahibdir. Slovakiya-Azərbaycan  tərəfdaşlığında strateji  mövqe cəhətdən Birgə Bəyannamə imzalanmışdır. Slovakiya həmçinin Azərbaycanla kənd təsərrüfatı, enerji, inşaat ,sahəsində əməkdaşlıq edir  və bu  əməkdaşlığın gələcəkdə də davam etdirilməsi nəzərdə  tutulur. 2023-cü  ilin aprelində  “Həmrəylik Halqası “ adlanan sənəd imzalanıb. Bu sənədə əsasən Azərbaycan qazı Slovakiya bazarına nəql ediləcək.

Azərbaycan -Slovakiya mədəni münasibətlərini inkişaf etdirmək məqsədilə 4 dekabr 2008-ci  ildə Bakıda Azərbaycan və Slovakiya mədəniyyət nazirlikləri  arasında əməkdaşlığa dair saziş imzalanıb. 18 fevral 2009-cu  ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatlarından ibarət nümayəndə heyəti  Slovakiyada  səfərdə  olub. Görüşdə ölkələrimiz arasında  iqtisadi, mədəni , turizm sahələrində       əlaqələrin inkişafı,həmçinin parlamentlərarası münasibətlərin  dərinləşdirilməsi imkanları müzakirə  edilmişdi.  Ölkələrimiz arasında bugün imzalanan Azərbaycan –Slovakiya   sənədləri  strateji  əhəmiyyəti  ilə seçilir.  “Azərbaycan Respublikası ilə  Slovakiya  Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” və  “Azərbaycan Resbublikası ilə  Slovakiyya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”.

Azərbaycan və Slovakiya  arasında  dövlətlərarası  münasibətlər siyasi  dialoqa, etibarlı tərəfdaşlığa söykənir və  bu uğurlu  əməkdaşlıq gələcək münasibətlərin inkişafına  əhəmiyytəli dərəcədə təkan  verəcəyindən ümidvarıq.

Şəhla Verdiyeva,
Xətai rayonu, 260 nömrəli  tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla