AZ

QDİƏT PA Baş Assambleyasının 63-cü plenar iclası Tirana şəhərində keçiriləcək

QDİƏT

Bakı, 10 may, AZƏRTAC

Albaniyanın paytaxtı Tiranada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Baş Assambleyasının 63-cü plenar iclası keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizi bu tədbirdə Milli Məclisin Hesablayıcı komissiyasının sədri, QDİƏTPA-da nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Jalə Əhmədova və Kamran Bayramov təmsil edəcəklər.

İclasın gündəliyinə uyğun olaraq qurumun Bürosunun, Daimi komitəsinin, Hüquqi məsələlər və beynəlxalq əməkdaşlıq, Sosial və humanitar siyasət komitələrinin iclasları keçiriləcək, həmçinin “Nifrət nitqi ilə mübarizədə mədəniyyətlərarası dialoqun və tolerantlığın təşviqi sahəsində parlamentlərin rolu” və “QDİƏT regionunda innovasiya fəaliyyətlərinin təmin olunması və rifah halının yaxşılaşdırılması məqsədilə insan kapitalının inkişafına sərmayə qoyulması” mövzularında hesabatlar təqdim olunacaq. Plenar iclasda, həmçinin “Ümumi təhlükəsizlik çağırışlarına cavab olaraq regional iqtisadi əməkdaşlığın gücləndirilməsi” mövzusunda müzakirələr təşkil ediləcək.

Milli Məclisin deputatları plenar iclasın gündəliyində duran məsələlərə münasibət bildirəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
3
Mənbələr
Şərh ()
Bağla