AZ

Andrey Kovalenko: Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu üçün resursları yetərli deyil

Andrey

Kiyev, 10 may, AZƏRTAC

Rusiyanın Ukraynanın Xarkov vilayətinin sərhəd bölgəsində əməliyyatları gücləndirmək üçün resursları ola bilər, ancaq Xarkov şəhərinə hücumdan söhbət gedə bilməz.

AZƏRTAC xəbər verir ki, bu fikri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko teleqram səhifəsində yazıb.

Kovalenkonun sözlərinə görə, rus qoşunlarının hərəkətləri proqnozlaşdırılıb: “Əvvəllər qeyd olunurdu ki, düşmən Xarkov vilayətinin sərhədyanı rayonlarında vəziyyəti gərginləşdirmək üçün resurslara malik ola bilər, lakin bu, Xarkova hücum etmək üçün yetərli deyil”.

Ukraynalılara xəbərdarlıq edilib ki, Xarkova hücumla bağlı saxta xəbərlər internetdə yayıla bilər.

“Bunu mövcud olmayan - Xarkovu ələ keçirmək qabiliyyəti ilə qarışdırmamaq vacibdir, indi bu mövzuda çoxlu spekulyasiyalar olacaq”, - deyə Mərkəzin rəhbəri vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
50
Mənbələr
Şərh ()
Bağla