AZ

Silahlı dava: Ölən və yaralananlar var

Türkiyədə Şentürk K. torpaq sahəsində icazəsiz heyvan otardığı üçün Öntaş B. ilə mübahisə edib.

News24.az xəbər verir ki, mübahisə böyüdükdən sonra başlayan davada Şentürk K, Öntaş B, Faruk B. və Molla Alini tapança ilə yaralayıb.

Hadisə yerinə təcili yardım və jandarma qrupları sövq edilib.

Həkimlər tərəfindən aparılan müayinədə Öntaş B-nin həyatını itirdiyi müəyyən edilib.

Digər yaralılar isə xəstəxanaya aparılıb.

Hadisədən sonra qaçan Şentürk K jandarma qrupları tərəfindən yaxalanıb.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla