AZ

Böyük Britaniyadan gəmilərə hücumla bağlı xəbərdarlıq gəldi

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) naməlum şəxslərin Ədən körfəzində gəmiyə hücumu ilə bağlı yeni insident barədə məlumat yayıb.
Açıqlamaya görə, Yəmənin Ədən şəhərindən 195 dəniz mili şərqində baş verən hadisə ilə bağlı UKMTO-ya məlumat verilib.
"Rəsmilər hadisə ilə bağlı şəraiti araşdırır. Gəmilərə ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur", deyə mərkəzdən bildirilib.
Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir. 

Ülviyyə, Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla