AZ

Tarix yarada bilməyən professora tarixi DƏRS – Aydın Can yazır…

“Zamanın sınağında”n müdrik çıxmayan tarix elmləri doktoru və professora
PUBLİSİSTİK TARİX DƏRSİ
və yaxud
At haqqında hədisi niyə həmişə yadda saxlamaq lazımdır
ZƏRURİ GİRİŞ:
Tarix yazılmazdan öncə Tarixi yaradırlar!
Tarix isə iki cür yaradılır: ya döyüş meydanında (eləcə də, elmdə (tibbdə, kimyada-fizikada), iqtisadiyyatda)… yalnız və yalnız qələbələrlə, ya da… sonradan hegemonların diqtəsi ilə – ikinci halda saxtalaşdırmaq da (eləcə də, saxtalaşdırmalar) olur!
Tarix Yaradanlar özləri də o həzzi yaşayır, soydaşları da!
Tarix Yazanlar isə… belə bir əbədi həzzə malik deyil: zaman bəzən o yazılan Tarixləri “delete-enter” ilə atır öz Zibilliyinə!
Bir də var Yaradılan və Yazılan Tarixi tədris, bəzi hallarda isə təbliğ edənlər!
Onlar da iki qismə bölünür: Tarixi ibrət üçün tədris edib müdriklik öyrədənlər, Tarixi qrup-partiya və şəxsi müstəvidə marginallıqla tədris edənlər!
Hər iki halda təbliğat (indiki dillə desək: PR) əsas amil olur: baxır kimi necə təqdim edirlər!
Biz Tarixlə eropornoseks yapan toplumuq: necə istəmişik, Tarix Yaradanı da, Tarix Yazanı da, Tarix Tədris edəni də, hələ üstəlik Tarix(i) Qəhrəmanları da ağlımıza və ağzımıza gələn şəkildə “iznasilovat” (təcavüz sözü o ləzzəti vermir ifadə etməyə, bullinglə birgə) eləmişik!
QƏFİL DÖNÜŞ: Bax, o “təcavüzkar tarixçi”lərdən biri də Cəmil Həsənlidir!
Bəli, bəli, hamımızın tanımasaq da, hamımıza zorənxoş tanıdılan tarix elmləri doktoru, professor Cəmil Həsənli.
Şoka düşmədinizsə, ağlınız-məntiqiniz yerindən oynamadısa, bilmək istədiyiniz tarixi bilgi həvəsi yarandısa, sakitcə ardını oxuyun:
Bəri başdan deyim ki, Cəmil Həsənlidən də qat-qat böyük bir tarixçi alimin, istiqlaliyyətimizin qazanılmasında müstəsna xidmətləri olan başqa bir tarixçinin dediyini nəzərə çatdırım:
– Cəmil yaxşı tarixçidir, amma zibil siyasətçidir. Özünə də demişəm, sən indi olduğun yerdə olmaqla səhv edirsən, sənin dalınca düşdüyün adam Azərbaycanda ən şərəfsiz və şəxsiyyətsiz, ən pisi isə, Azərbaycan dövlətinin əleyhinə işləyən biridir! Müxalifətin bir araya gəlməməsi üçün bütün əclaflıqlara imza atır! Sən siyasətdə olmayanda bunu onun üzünə deyənlər olub!
Etiraf edim ki, mənim nəzərimdə, Cəmil Həsənli heç yaxşı tarixçi də deyil, indi tarix elmləri doktoru, professor, istiqlalçı biri belə deyirsə, bəlkə də elmi araşdırma baxımından hansısa üstün keyfiyyətini bilir, mən İFADƏ müstəvisində deyirəm!
Mənim nəzərimdə YAXŞI TARİXÇİ rəhmətlik Şirməmməd Hüseynov idi bir neçə punkt üzrə: həm tədris edirdi tarixi həqiqətləri, həm də müdrikləşdirirdi!
Məsələn, Şirməmməd Hüseynov 80-ci illərdə – sovetin “bra-bra” vaxtında tələbələrə deyirdi ki, sosializm də XƏSTƏDİR, kapitalizm də! Sosializm demokratiyanın azlığından, kapitalizm çoxluğundan! Bildin nə deyirəm?
Onda Cəmil Həsənli heç tarix elmləri namizədi də deyildi!
Şirməmməd Hüseynovun tələbələri meydanlarda tarix üçün qəhrəmanlıq etdilər, Cəmil Həsənlinin tələbələri meydanlarda görünməsələr də, tribunalarda mikrofon ələ keçirib “fora” verdilər xalqa, onlar bu gün də hakimiyyətlə alver etməkdədirlər!
Şirməmməd Hüseynov 90-cı illərin əvvəllərində axşam Cəmil Həsənlinin tələbələrinin çıxışına baxandan sonra, səhər yolda rastlaşdığı özünün tələbəsi, milli azadlıq hərəkatının təbliğatçılarından biri, “Azadlıq” qəzetinin əməkdaşı, şuşalı Hikmət Sabiroğlunu (Zeynalov) görüb demişdi: nəinki Şuşa, Azərbaycan əldən getdi!
ÇÜNKİ Şirməmməd Hüseynov heç kim ADR-lə, milli mətbuat tarixi ilə maraqlanmağa cəsarət etməyəndə, o həm yazırdı, həm tədris edirdi, həm də yaza, araşdıra bilmədiyini dərsdə danışırdı!
ONDA Cəmil Həsənli…
Təzə-təzə Tarix elminə “salam” verməyə cəhd edirdi və həmin o Cəmil Həsənli əndrabadi mövzularda alaşa, ələngə aksessuarlarla, bijuteriyalarla bəzək verib, müdafiə edirdi.
Cəmil Həsənlinin tarixçi alimliyinə bir quş: onun tarix elminə özünü pərçimetmə cəhdlərinin bir adı var: “özünü və özünə geydirmə”
O ki qaldı müəllimliyinə… qəbul imtahanlarına necəsə düşən Cəmil Həsənli hüquq fakültəsinə imtahan verən abituriyentə sual verir: “Brejnevin “Xam torpaq” əsəri hansı cümlə ilə başlayır?” Abituriyent deyir: “O birinci cümlədəki fikri Nizami Gəncəvi 800 il əvvəl deyib, Brejnev yox”.
Siyavuş Novruzova tapşırıqla qiymət yazan Cəmil Həsənlinin dediyi: “Onda get sənə Nizami Gəncəvi qiymət yazsın!”
ONDA Boris Gevorkovun bacısı qızı Marina Gevorkova Məmməd Əmin Rəsulzadənin yaratdığı Universitetdə (S.M. Kirovun adını daşısa da) Cəmil Həsənlidən daha çox türkpərəst idi: ən azından, qiyabidə imtahan verən azərbaycanlı abituriyentin halal “əla”- “5” haqqı bada getməsin deyə, gedib Qurban Bayramovu imtahan auditoriyasına dəvət etmişdi!
Cəmil Həsənlinin geydirmə tarixçiliyi (müdafiə etdiyi mövzulara görə!) geydirmə müəllimliyiylə (yüzlərlə misal gətirə bilərəm – yazını ağırlaşdırmaq istəmirəm, sadəcə bir faktla keçirəm) bağrıbadaş olduğu kimi, siyasətçiliyi də geydirməliklə həmahəng olub!
SÖZARASI: Bir dəfə qrup yoldaşım Vahid Qazi ilə “Azərbaycan” qəzetinin dəhlizində tələbə yoldaşımız Yusif Rzayevlə söhbət edirdik, birdən xoşlamadığımız bir tələbə yoldaşı qəfil peyda oldu. Vahid qayıtdı ki, ə, qağa, səni kim sıçdı?
Cəmil Həsənlinin siyasətə gəlişi də məhz o cür oldu mənim nəzərimdə: heç olmasa, heç olmasa, mən 1988-ci ildən mətbuatdayam, əsasən də müxalif və müstəqil mətbuatda! Kimin hardan və necə gəldiyini də gözəl bilirəm!
Cəmil Həsənli haçan hansı meydanda, hansı partiyada hansı mənsəbdə olub, ən saxtakar statistikaçı da, ən həyasız təbliğatçı da onun üçün düz-əməlli siyasi tərcümeyi-hal düzüb qoşmaz. Adam… gəldi oldu deputat… birdən-birə (yeri gəlmişkən: elələri MM-də çoxdur – universitetdən, DTX xətti ilə, gender və s. balans siyasəti hesabına)!
Bəzi oliqarx-nazirlər məşuqələrini yerləşdirdilər, bəziləri də Cəmil Həsənli kimisini!
DTX dəyişdi, nazir dəyişdi, deputatları da dəyişdi!
Cəmil Həsənli də dəyişdi – iştah diş altındadır! Al Paçino deyəndir: “şöhrətpərəstlik ən müqəddəs günahlardan biridir!”
Sadəcə, fərq ondadır ki, o biri “çuçela” deputatlardan fərqli olaraq, Cəmil Həsənli onu “çuçela” kimi istifadəyə buraxanları “qaz” kimi yolmaqda davam etməkdədir!
Yaxşı reverans edə bildiyinə, sözəbaxan olduğuna, getdikcə üzündən həyanın yoxa çıxdığına görə… bunu elədilər “interdevoçka”.
Bu performansların qarşılığında Cəmil Həsənli elə bilir ki, o artıq “mejdunarodnıy politik”dir, ortaya “spravka”lar qoymaqla “persona” statusu qazanıb, əslində isə…
ƏLAHƏZRƏT FAKT:
(Əlisa Nicatdan oxumuşdum, sonra da başqa bir nüfuzlu tarixçi bunu fakt kimi təfsilatı ilə yazmışdı dolayısı və eyhamla) Türklərlə ruslar savaşır, türk paşası İzmail qalasını fəth etdiyinə görə 3 gün “qənimət günü” elan edir! Bu vaxt çarın arvadı Yelizaveta gəlir bunun çadırına xahişə. Türk paşası da seksual həzz ala-ala deyir ki, görürsən də, rusun qalasını da almışam, çariçasını da… “neynirəm”.
Yelizaveta da deyir ki, sənin altında uzanan “vseqo liş” rus qəhbəsidir, İzmail qalası artıq geri alındı!
Cəmil Həsənli altına yıxıldığı təşkilatların (AXC-dən tutmuş xarici ölkələrin ali məktəblərinə qədər) hamısında elə həmin Yelizavetanın dediyi statusdadır, baxmayaraq ki, başını aldadıb “çariça” adıyla qəbul edirlər!
Üstəlik də Cəmil Həsənlinin əlinə verilən… “spravka”lar ”vseqo liş” “spravka”dır. “Fakt” isə nə əlindədir, nə də ortada!
Milli mətbuatın yeni-yeni yarandığı vaxtlar idi, YENİ FİKİRli qəzetlər ortaya çıxırdı, onların birində də bir əməkdaş vardı, boşanma ərəfəsində idi, bir az da başdan “qrıja”, məhkəmədə nə olurdu, gəlib nəşriyyatda yığım sexində danışırdı. Son iclasda hakim bunun boşanmaq istəyən arvadından soruşub ki, niyə boşanırsan, deyib ki, bu, impotentdir – Cəmil Həsənlinin təxminən “niyə müxalifətə keçdin” sualına cavabı kimi . Həmkarımız da eləməsin tənbəllik, arvadın niyyətini bilsin, getsin həkimdən əvvəlcədən arayış alsın, hakim soruşanda ki, düz deyir, arayışı uzatsın hakimə ki, böhtan atır! Hakim arayışı oxuyur, qadına deyir ki, ay xanım, arayışda yazılıb ki… Qadın hakimin sözünü kəsir: “Möhtərəm hakim, mənə “spravka” yox, “spravka”da “adı çəkilən” diri lazımdır e!
TƏƏSSÜF DOĞURAN BUDUR: Statusu Tarixi Tədris etmək və Müdriklik aşılamaq olan biri… durub vaxtilə söydüklərinin əlinə verdikləriylə… “status çuçela”lığı eləsin!
Bu araşdırmaçı alim fərqində deyil ki, internet saytlarına girib CÜZİ ARAŞDIRMA aparmaqla müəyyən etmək olar ki… adam dönüb olub ABŞ FTB-sinin, İngiltərə Mİ-6-nın qulbeçəsi!
Fərqindəsinizmi ki, bu ölkədə heç bir tarixçi alim, heç bir partiya funksioneri Cəmil Həsənlinin getdiyi yolu getmir?
İçində tarixçi də saysız-hesabsız!
ÇÜNKİ başa düşürlər ki, Tarixi Yaradan və Yazan onlar deyil, ola bilməz, onlar Tarixdən İbrət götürməlidirlər!
Proqramları olmalıdır… özü də 50 il sonra üçün!
Amma görürsünüz Cəmil Həsənli neyləyir, nə işlə məşğuldur?
OSSSR, ostr.tv, nə bilim, filankəsin http://xn--qz-hpab.com/, bəhmənkəsin prezervativi.orq tipli sosial şəbəkə resurslarında səyləmək!
ƏGƏR BİR TARİXÇİ bilmirsə, dərk etmirsə Kİ… artıq ölkədə hakimiyyət dəyişikliyi tənqidlə, mitinqlə mümkün deyil, hələ bir utanmazcasına da yoluna davam edirsə, onun yolu təbii ehtiyacların ödənməsi yolu, əqidəsi fahişə əqidəsi, vicdanı şeytan niyyətinə xidmət, alimliyi isə… zırt-zero!
Tarix də belə təqdim edib, biz də belə görmüşük: Ustadlar, Siyasətçilər Sözü bir dəfə deyər!
Cəmil Həsənli isə oturub Bakıda, Bonnda, Baltimorda, hansı xüsusi xidmət orqanının yoğun bağırsağından əyri bir şey çıxdığını görürsə, durur cumur sosşəb kanalizasiyalarına ki, ay aman, bəs günahkar Cavanşir Feyziyevdir!
Bu o Cəmil Həsənlidir ki, Fərhad Əliyev tutulanda müdafiə komitəsi yaratmışdı!
Fərhad Əliyev e!
Amma Əli İnsanov tutulanda dinməyən Cəmil Həsənli!
Redaksiyalara pulu manatla alıb dollarla verən Cəmil Həsənli: baş redaktorlara 10 min manat vermək adıyla 10 min manat alıb, 10 min dollar şəklində verən! Hər baş redaktordan 2200 manat qabağa düşən Cəmil Həsənli… öz pulunu (adam heç bir dövlət strukturunda səlahiyyət sahibi kimi işləməyib ki, korrupsiya ilə də məşğul olsun!) xaricdə əmlak, mülk almağa, biznes qurmağa köçürən Cavanşir Feyziyevi nədəsə ittiham edir!
Fərhad Əliyevi müdafiə edən, MM-də illərlə oturan Cəmil Həsənli, amerikan burjuaziyasının hərçi-bətərini söyən Cəmil Həsənli indi Amerika və Avropa xüsusi xidmət orqanlarının ac it qabağına sümük atılmaq kimi bir şey olan “korrupsiya faktları” ilə xalqpərvər, vətənpərvər, dövlətpərvər imici formalaşdırır!
Özü də tarixçi alim saya-saya özünü!
Adama deyərlər…
II Yekaterinaya gəlib deyirlər ki, kəndlilər üsyana qalxıb, başçıları dediyindən dönmür. II Yekaterina da qayıdır ki, qoy qışqırsınlar, fısları çıxar, sakitləşərlər. Üsyan uzun çəkir, çariçaya deyirlər ki, neyləyək, çariça da deyir ki, gedin başçıdan soruşun, görün nə istəyirlər?
Gəlib deyirlər ki, onlar deyir rədd olsun varlılar!
Onda Yekaterina deyir ki, onları rus torpağından elə silin, rusun nəcisi-sidiyi də onların leşinə dəyməsin! Ə, mən və babalarım mübarizə apardıq ki, bu ölkədə kasıb olmasın, birtəhər-bircür, işğal, təcavüz, oğurluqla beş-on varlımız var, onları da rədd edək, bəs bu dövləti kim yaşadacaq?
Bax, Cəmil Həsənli bu qədər korafəhim və dövləti vicdanı olmayan adamdır, hələ üstəlik dövləti əxlaqı olmayan birisidir!
Əgər sən oliqarxlarla savaşa durmusansa, məni niyə vadar edirsən, ad çəkim düşmən qazanım, özün bilmirsən ki, əsas kimin və kimlərin üstünə getmək lazımdır? Əgər Cavanşir Feyziyevin ölkədən çıxardığı bəllidirsə, sən buna görə dava açırsansa, bəs ölkədə ondan yüz də yox, min dəfələrlə artıq pulu yeyib aşığına qoz yedirdən filan keçmiş nazirləri niyə dilə gətirmirsən? Yoxsa ABŞ FTB, BB F-6 hələ verməyib sənə “spravka”ları? Kimləri nəzərdə tutduğumu “soobrazit” edə bilmirsənsə, sizinlə bir cəbhədə olan Bahəddin Həzidən soruş, onlar kimlərdir? O sənə başa salar adlarını çəkəndə adamın ayaqları üstündən necə maşınla keçirlər və aparıb Binəqədi zibilliyində ac itlərə necə atırlar!
Söhbət ondan getmir e, Cavanşir Feyziyevin adını çəkmək olmaz, söhbət ondan gedir ki, adamın adını çəkdin, dedin, bilindi… 1 dəfə, 3 dəfə, 5 dəfə, zalım balası, kimin yoğun bağırsağından nə əyri çıxdığını görürsən, tez cumursan ki, günahkar Cavanşir Feyziyevdir!
REPLİKA:
Lənkəranda artistlər başda Baba Rzayev olmaqla yemək-içməyə gedirlər. Gedəndə deyirlər ki, Baba, “şot soobrazim”dir! Baba razılaşır. Gəlirlər yeyirlər, içirlər, hesabı ödəmək vaxtı Məmmədyar deyir ki, Baba, “soobrazim”, yəni öz pulunu ver, Baba özünü vurur eşitməməzliyə, Məmmədyar bir də deyir, Baba yenə tıqq eləmir, üçüncü dəfədə Baba dili topuq vura-vura deyir ki, mən “soobrazim” bilmirəm nədir. Baba Rzayev də təzəcə müdafiə edibmiş “Eramızdan əvvəl Afinada küçə tamaşalarında kütləvi səhnələrin təşkili” dissertasiyasını. Yemək-içməyə başlayanda da II Yekaterinanın oynaşlarından anekdot danışıbmış. Onda Məmmədyar hirslənir də, səsini atır başına ki, a kişi, necə olur eramızdan əvvəl Afinada küçə tamaşalarında kütləvi səhnələrdəki qəhbələri belə adbaad tanıyırsan, 18-ci əsrdə Yekaterina kimlə neyləyib bilirsən, burdan bura bilmirsən “soobrazim” nədir!?
Mənə maraqlı olan odur ki, özünü alim və professor sayan biri niyə Yemelyan Puqaçov, Stepan Razin kimi düşünsün, amerikan burjuaziyasına nifrətini milli burjuaziyanın üstünə yönləndirsin, bir halda ki, Afinada küçə tamaşalarında kütləvi səhnələrin təşkilindən tutmuş Yekaterinanın oynaşlarına qədər hamısını adbaad tanıyırsa?
Belə bir məntiqi sual çıxır ortaya: əgər sizlərə sabah “ziyarətçi”si olduğunuz o unuversitetlərdə durub desələr ki, alın əlinizə bu… “spravka”nı, dirəşin ki, kimlərə milli azadlıq mübarizəsi və müxalifətçi fəaliyyət adıyla nə qədər qrant ayırmışıq… Soros Fondundan, Marşall təşkilatından və s və s-dən, dirəşərsinizmi?
Bu məqamda inanıram sizə – yeganə məqamdır ki, inanmaq olar: topasının üzünə durarsınız!
Çünki sizdən üzüyola, sözəbaxan, plastilin kimi siyasətçi yoxdur! Siz mənsub olduğunuz elmin saxtakarlıq və riyakarlıq levelində çipə çevrilmisiniz!
Və… mən ona da əminəm ki, vaxt gələcək, sizin nəinki Azərbaycan, eləcə də bütün bəşəriyyətə qarşı daha böyük bəşəri cinayət törədənlərin qulbeçəsi olduğunuz üzə çıxacaq!
Rayonların birində Məmmədağa adlı biri ilə Əhmədağa adlı başqa birisi mübahisə edir, Əhmədağa deyir ki, məni məcbur eləmə HƏR ŞEYİ AÇIQ DANIŞIM, Məmmədağa da deyir ki, nə deyəcəksən, deyəcəksən qızımla arvadım qəhbədir, onu hamı bilir də!
İndi Məmmədağanın sözü olmasın, durub əlli dəfə deyin, əlli yerdə deyin, hamı bilir də! Bizə “spravka” lazım deyil axı!
SON SÖZ ƏVƏZİ:
Cəmil Həsənlinin elmi və siyasi fəaliyyətinə nəzər yetirəndə görürsən ki, əvvəllər heç də hakimiyyətin tənqidçisi yox, məddahı, indi isə hakimiyyətin tənqidçisinə çevrilmiş bu adam nə qədər zavallı durumdadır: bu hakimiyyəti tənqid adama çox baha başa gəlir! Amma görün ki, Cəmil Həsənli necə əsir düşmüş VƏ “çuçela”ya ÇEVRİLMİŞDİR ki, gəlmiş, gələcək bütün məhrumiyyətlərə hazırdır! Heç kim gopa basıb deməsin ki, vətənpərvərlikdəndir – Cəmil Həsənlinin vətənpərvərliyi 1 maydan bu yana keçməyib… o vətənpərvərliyi nümayiş etdirmək lazım olanda!
Mənim deməyim budur ki:
Kişi Sözü bir dəfə deyər – bu, milli əxlaqdır!
Alim Sözü bir dəfə deyər – bu elmin məhək daşıdır!
Siyasətçi Sözü bir dəfə deyər – bu dövlətin dayaq sütunudur!
Cəmil Həsənli bütün yaşadığı mərhələlərdə əvvəl dediyini inkar edib, edir, edəcək də!
Sadəcə, bu iqtidarda ağıllı-başlı bir adam varsa da, mahir siyasi texnoloq yoxdur ki, aydınlaşdırsın Cəmil Həsənli kimin “çuçela”sıdır, onu boğazlasın, nəylə və necə əsir götürüldüyünü öyrənsin, sonra… hamının canı dincəlsin, xalq da kimə qəhhh…rəman dediyinin fərqinə varsın!
Bu qədər bəsit!
Vəssalam!
YAZININ MÖHÜRBƏNDİ:
Biri at almağa gəlir, görür vazkeçilməz bir at var, xiridar belə atı satmaz. Yiyəsinə deyir, dediyindən 100 manat da artıq verirəm, naqisliyini de. Deyir ki, g…tverəndir!
Alan alır – at özgənin misalı!
Bəli, dağa çapır, qalxır, dərəyə sürür, enir, köhləninə, yorğasına, hər şey əla. Bir gün yük vurur, Arazdan keçir İrana. Apardığını üçqat bahasına satır. Sən demə, həm də bərəkətli, ayağı sayalı at imiş. Qayıdanda kişmiş, qənd, çay, xurma vurur, Arazı keçəndə, çayın ortasında at oturur suya.
Başılovlu gəlir atı aldığının yanına, var-yox saxlamır, deyir 100 manat da artıq verdim, yiyəsi soruşur nə olub? Deyir oturdu suya. Deyir nə demişdim sənə? Deyir g…tverəndir! Deyir bəs nə deyəydim? Bu boyda ziyan vurub, sən nə deyərdin? Mən nə bilim axı! O hər dəfə bir cür edir bunu!
Cəmil Həsənlinin sovet dövründən müstəqilliyə, müstəqillik dövründə müxalifətə, müxalifətdən iqtidara, iqtidardan… “interdevoçka”lığa keçidi ancaq belə təəssürat yaradır!
YAZIYA SÖZARDI: Cəmil Həsənli artıq “patefon valı”na dönüb – eyni ittihamlar, eyni performans və nəticə… sıfır!
Yaxşı Tarixçi Siyasətə düzən verəcək qədər müdrik olmalıdır, bunun üçün də özünün paradiqmaları olmalıdır!
Ki… formasiya, idarəetmə dəyişsin!
Haçan Cəmil Həsənli dedikləri ilə nəyisə dəyişə biləcək ağla, müdrikliyə çatsa, onda tərəfdarları məni söyə bilər, hətta qəbrimi də dağıtmağa icazə verirəm! Ümid edirəm məndən sonra da onillərlə yaşayacaq Cəımil Həsənli o ağla və müdrikliyə çatmağa cəhd edəcək!
Əslində, bircə cümlə ilə bu mövzunu qapatmaq olardı: bütün sovet dövrünün müəllimləri kimi, Cəmil Həsənli “mühazirələrini” konspektdən oxuyur!
Zaman isə elə müəllimlərdən çoxdan imtina edib!
Aydın Can
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
1
moderator.az

2Mənbələr