- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Biz, əlbəttə, Ümummilli liderin həyat və fəaliyyətinin dillər əzbəri olan hadisələrini bilir, təbliğ-tərənnüm edirik; bununla belə, o Böyük Ömrün bugünümüzdə öz işığı ilə iştirakı, uğurlarımıza vəsilə olması daha çox vurğulanmalıdır. Heydər Əliyev kimi tarixi şəxsiyyətləri olan xalqlar xoşbəxtdir. Biz belə xoşbəxt xalqlardan olmaqla bərabər, İlham Əliyev kimi liderimiz olduğu üçün çox şanslıyıq. - Heydər Əliyev Dövlətçilik Məktəbinin davam və inkişafı bizim bundan sonrakı uğurlarımızın da müjdəçisidir. Biz son illər ard-arda möcüzəvi hadisələr yaşamaqdayıq: 27 sentyabr 2020-ci il əks-hücumu və o əks-hücümun 44 gün içində 30 illik işğalın sonunu gətirməsi, Şuşanın görünməmiş qəhrəmanlıqla qurtuluşu, Laçın-Gorus aralığında (Azərbaycan-Ermənistan şərti dövlət sərhədində) DSX-nın postunun qoyulması, 19-20 sentyabr (bir sutkadan az sürən) antiterror tədbirləri, Xankəndidə, Xocalıda bayrağımızın ucaldılması, Qazaxın kəndlərinin qaytarılmağa başlanması və b!..
Müzəffər Ali Baş Komandanın 8 noyabr 2020-ci ildə dediyi məşhur sözlər bizim vurğularımızın ən sərrast ümumiləşdirməsi kimi qəbuldur: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları".
Biz də Ümummilli liderimizin əlamətdar doğum günündə dünya azərbaycanlılarına 101 kərə gözaydınlığı veririr ki, Heydər Əliyev kimi böyük şəxsiyyət bizim xalqımızın bəxtinə Günəş kimi doğub! Günəş Günəşdir - o, heç zaman sönmür!
Fikrət ƏLİYEV,
YAP Binəqədi rayon təşkilatı "UNİTY-Company" ərazi partiya təşkilatının sədri
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.