AZ

Yəhudilər quldurcasına Qəzzaya gedən yardım maşınlarının önünü kəsdilər

İsrail bir tərəfdən Qəzzanı xarici dünyaya birləşdirən can damarı olan Rəfah Sərhəd Qapısını ələ keçirərkən, digər tərəfdən də Kerem Şalom Sərhəd Qapısından Qəzzaya yardımların daxil olduğunu iddia edirlər.

İndiyədək İsrail administrasiyasının yardımların qarşısını alması bəs deyilmiş kimi, ekstremist israillilər Qəzzaya gedən yardım maşınlarının qarşısını kəsiblər.
Bir tərəfdən İsrail hücum edir, digər tərəfdən ekstremistlər yardımların girişini əngəlləyir. Bu, Qəzzaya gedən Kerem Şalom keçid məntəqəsidir. İsrail bayraqları daşıyan qondarma etirazçı dəstələr humanitar yardımın Qəzzaya daxil olmasına belə mane olmağa çalışıblar.

Bu ekstremist israillilər İsrail hökumətinin nəzarəti altında humanitar yardım karvanlarının zolağa çatmasının qarşısını almaq üçün Qəzzaya gedən yollarda təxribat törədirlər. Onlar HƏMAS-ı bəhanə edərək yardımların keçməsinə mane olduqlarını iddia etsələr də, minlərlə günahsız fələstinlini aclığa məhkum edirlər.

Çərşənbə axşamı İsrail tank briqadası Qəzza ilə Misir arasındakı yaxınlıqdakı Rəfah sərhəd keçidini ələ keçirərək bağladı.

Kerem Şalom keçid məntəqəsi Qəzzanın 2,3 milyonluq Fələstin əhalisinin sağ qalması üçün lazım olan ərzaq, dərman və digər ləvazimatların əsas girişlərindən biridir, lakin Qəzzaya daxil olan yardımın miqdarı da müzakirə mövzusudur.

Nərgiz,

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
sitat.info

1Mənbələr