AZ

"Kəpəz" "Neftçi" ilə oyuna 8 itki ilə çıxacaq

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasının 34-cü turunda bu gün "Neftçi"nin qonağı olacaq "Kəpəz" oyuna 8 itki ilə çıxacaq.

Bu barədə QOL.az-a komandanın baş məşqçisi Adil Şükürov məlumat verib.

O, aparıcı futbolçularının bugünkü görüşdə iştirak etməyəcəyini bildirib: "Giorgi Papunaşvili, Mate Kvirkiya, Amil Yunanov və Vüsal Məsimov zədəlidir. Bunlardan yalnız Amil sona 5-10 dəqiqə qalmış oynaya bilər. Junior Martins, Olavele Onanuqa, İqor Rodriqes və Rüfət Əhmədov isə cəzalıdır".

Qeyd edək ki, bu gün "Neftçi Arena"da keçiriləcək "Neftçi" - "Kəpəz" matçı saat 19:00-da başlayacaq. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
2
Mənbələr
Şərh ()
Bağla