AZ

“Qarabağ”ın qazandığı pulun məbləği GÖZ QAMAŞDIRDI

Avropa Liqasının 1/8 final mərhələsinə yüksələn “Qarabağ”ın qazandığı mükafatın məbləği bəlli olub.

Sportinfo.az xəbər verir ki, pley-off mərhələsini adlayan Qurban Qurbanovun yetirmələri UEFA-dan 1,2 milyon avro alacaq.

Qurum 1/8 finala yüksələn hər komandaya bu məbləğdə mükafat ayırıb. Ağdam klubu buna Portuqaliya təmsilçisi “Braqa”nı iki oyunun yekununda keçməklə nail olub – 4:2, 2:3.

Çempionlar Liqasında 1/8 finala çıxanlar 9,6, Konfrans Liqasında isə 0,6 milyon avro qazanıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla