AZ

bp AÇG-nin kapital və əməliyyat xərclərinin həcmini açıqlayıb

Bu ilin birinci rübü ərzində “Azəri-Çıraq-Günəşli” yataqlarıbloku (AÇG) üzrə fəaliyyətlərə təqribən 115 milyon dollar əməliyyatməsrəfləri və 347 milyon dollar əsaslı məsrəflər xərclənib.

Bu barədə Trend-ə bpşirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci rübününnəticələrinə həsr olunmuş hesabata istinadən xəbər verir.

Beləliklə, cari ilin birinci rübündə AÇG üzrə ümumi xərclər 462milyon dollar təşkil edib.

Hesabata əsasən, 2024-cü ilin ilk üç ayında AÇG-dən stabilhasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçünAÇG-dən ümumi hasilat – Çıraq (21 000), Mərkəzi Azəri (92 000),Qərbi Azəri (79 000), Şərqi Azəri (53 000), Dərinsulu Günəşli (63000) və Qərbi Çıraq (31 000) platformalarından birlikdə – gündəorta hesabla 339 000 barel və ya ümumilikdə təxminən 31 milyonbarel, yəni 4 milyon ton olub.

“Rübün sonunda AÇG-də ümumilikdə 139 neft hasilatı quyusu, 43 suinjektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub”, -hesabatda bildirilir.

Qeyd olunur ki, birinci rüb ərzində AÇG-də 3 neft hasilatı və 1su injektoru quyusu tamamlanıb.

Qeyd edək ki, AÇG Hasilatın Pay Bölgüsü Sazişinin müqavilətərəfləri adından operator BP Exploration (Caspian Sea) Limitedşirkətidir.

AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR(25,0%), MOL (9,57%), INPEX (9,31%), Equinor (7,27%), ExxonMobil(6,79%), TPAO (5,73%) ), ITOCHU (3,65%). %), ONGCVidesh(2,31%).

X: @Lyaman_Zeyn

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
220
5
Mənbələr
Şərh ()
Bağla