AZ

Avropanın 2 klubu "Qarabağ"ın futbolçusunu istəyir - İDDİA

Yayda "Qarabağ" bir futbolçu ilə yolları ayıra bilər.

Offsideplus.az xəbər verir ki, söhbət Yassin Benzyadan gedir. Məlumatı Əlcazairin "Fennec Football" yayıb.

İddiaya görə, 29 yaşlı futbolçu Liqa 1-ə qayıtmaq haqda düşünür. Yarımmüdafiəçi "Nitsa" və "Lion" yaxından maraqlanır.

Qeyd edək ki, Benzyanın "Qarabağ"la 2025-ci ilə qədər müqaviləsi var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
offsideplus.az

1Mənbələr