AZ

Külli miqdarda dələduzluqda təqsirləndirilən erməni bu ölkəyə təhvil verildi

Ermənistanın baş prokuroru Anna Vardapetyan xüsusilə irimiqyaslı dələduzluqda təqsirləndirilən şəxslərin ekstradisiyası ilə bağlı Almaniya tərəfinin vəsatətini təmin edib.

Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

“Xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilən M.B Almaniya hüquq-mühafizə orqanlarına təhvil verilib”, - deyə idarədən bildirilib.

Qeyd olunur ki, bu halda Ermənistan departamenti Aİ-nin Məhkəmə-Hüquq Əməkdaşlıq Təşkilatı (Eurjust) çərçivəsində Almaniya ilə əməkdaşlıq edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla