AZ

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Tbilisi, 10 may, AZƏRTAC

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünyamiqyaslı siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Gürcüstanda da silsilə tədbirlərlə qeyd olunur.

AZƏRTAC xəbər verir ki, mayın 10-da Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) idarə heyətinin sədri Nəriman Qurbanov, azərbaycanlı iş adamları, jurnalistlər, ictimaiyyət nümayəndələri, məktəblilər Tbilisidə Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət ediblər.

Ümummilli Liderin Rustavi şəhərindəki abidəsi də ziyarət olunub.

Hər iki şəhərdə Ulu Öndərin büstü önünə əklil və gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla