AZ

“Bu günlərdə biz qorxulu siqnallar görürük“- Rusiya səfiri

"Bu günlərdə biz qorxulu siqnallar görürük. İkinci Dünya Müharibəsi hadisələrini saxtalaşdırmaq və yenidən yazmaq cəhdləri artır"

News365.az xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Qələbə Günü münasibətilə Rusiya diplomatik missiyasında keçirilən təntənəli ziyafətdə deyib ki, bütün dünyada İkinci Dünya Müharibəsi hadisələrini təhrif etmək və onun nəticələrinə yenidən baxmaq səyləri artır.

Antonov vurğulayıb ki, sovet xalqı “faşistlərin döyüş maşınını dayandırıb məğlub edib”. "SSRİ-nin bütün xalqları həmrəy olaraq Vətənin müdafiəsinə qalxdılar, öz bağlarını möhkəmlətdilər. Sovet vətəndaşları hər bir şəhər və kənd üçün son damla qanına qədər vuruşaraq öz torpaqlarının hər qarışını müdafiə etdilər", - o əlavə edib.

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
news365.az

1Mənbələr