AZ

Qarabağda yaşayan ermənilər Bakıdan ev ala biləcək? - AÇIQLAMA

Qarabağda yaşayan ermənilər Bakıdan ev ala biləcək? - AÇIQLAMA

Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən erməni sakinləri bölgəni tərk etdikdən sonra, azda olsa Qarabağda yaşayan ermənilər var. Bildiyimiz kimi, Azərbaycan vətəndaşlığını qəbul edən şəxslər bu ölkənin konstitusion hüquqlarından yararlana bilər. Əlbəttə ki, müəyyən prosedurlardan sonra Qarabağda yaşayan ermənilər mövcud hüquqlardan yararlana biləcəklər. Belə olan təqdirdə Qarabağ erməniləri Bakıdan mənzil ala bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, bu gün Azərbaycanda erməni milli mənsubiyyətindən olan yüzlərlə şəxslər var:

"Onlar vaxtilə Azərbaycanı tərk etmədilər və 90-cı illərdən Azərbaycanda yaşadılar. Onlar Azərbaycan vətəndaşıdır. Hər bir Azərbaycan vətəndaşının konstitusion hüququ kimi, onların bu ölkə üzərində əmlak almaq və satmaq, o cümlədən hər birimizin hansı hüququ varsa onlarada aiddir. Vaxtilə Xankəndidə qalan ermənilərə cənab prezident xəbərdarlıq etdi ki, Azərbaycan vətəndaşlığını qəbul edin və burada qalın. Onlar təbii ki, Azərbaycan vətəndaşlığını qəbul etmədilər və silaha sarıldılar. Antiterror əməliyyatları nəticəsində həmin ermənilər bölgənin tərk etdilər. Hal-hazırda olan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək niyyətində olduğu üçün orada qalıblar".

Ekspertin sözlərinə görə, bir sıra prosedur qaydalarından və rəsmi formada vətəndaşlığımızı qəbul etdikdən sonra o halda istədiyi ərazidən istədiyi əmlakı ala bilər:

"Amma həmin dövrlərdə antiterror əməliyyatlarından sonra ölkəni tərk edən ermənilərin geri qayıtması üçün hansısa bir səbəb olmalıdır. Əsas səbəblərdən biri odur ki, onlar dəfələrlə ölkə başçısının müraciətini qəbul etmədilər. Biz bilirik ki, Xankəndidən gedənlərin əksəriyyəti milliyətcə erməni olsalarda, onlar başqa ölkələrin vətəndaşlarıdır. Yəni Qarabağ erməniləri deyildilər. Kimisi ya Rusiya və Ermənistan, ya da başqa bir xarici ölkənin vətəndaşı idi. Yəni sadəcə olaraq say artırmaq üçün Xankəndiyə və Xocalıya gəlmişdilər. Bu baxımdan gələcəkdə Qarabağda qalan ermənilər vətəndaşlığı qəbul etdikdən sonra, onlar istənilən konstitusion hüquqlarından istifadə edə bilər. Bu bir başa onların verdiyi vəddir. Amma köçüb gedən ermənilərin geri qayıtması sual altındadır. Onlar getməyə bilərdilər. Vətəndaşlığı qəbul etmək istəsələr qalardılar".

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla