AZ

Oskanyan namizədini açıqladı – "Paşinyanın yerinə o keçməlidir"

Ermənistan Baş naziri Nikol Paşinyanın istefasını tələb edən hərəkatın baş nazirliyə namizədi Baqrat Srbazan (Qalstanyan) olmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

“Konstitusiyaya görə, bu qüvvələr də öz baş nazir namizədlərini irəli sürə bilərlər. Hazırda hesab edirəm ki, Baqrat Srbazan baş nazirliyə namizəd olmalıdır”, - Oskanyan bildirib.

Sabiq nazir təfərrüatları bilmədiyini, ancaq belə olacağını düşündüyünü, Nikol Paşinyan hökumətinin müvəqqəti olduğunu, bəlkə bir il də hakimiyyətdə qala biləcəyini vurğulayıb.

“Vətən üçün Tavuş” hərəkatının başçısı Baqrat Qalstanyan mayın 9-da İrəvanda keçirdiyi Nikol Paşinyanın istefasını tələb edib. Amma baş nazir verilən müddətdə bu tələbi yerinə yetirməyib. Həmin tələbi yerinə yetirmək üçün parlamentin müxalifət fraksiyaları Paşinyana qarşı impiçment prosesinə başlayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla