AZ

Xankəndidə Türkiyə konsulluğu yaradılacaq? – Səfirdən AÇIQLAMA 

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Xankəndidə Türkiyənin konsulluğunun açılması məsələsi ilə bağlı danışıb.

Bizim.Media xəbər verir ki, Cahit Bağçı bu barədə Fəxri Xiyabanda jurnalistlərin sualına cavab olaraq məlumat verib.

Belə ki, türkiyəli diplomat “Xankəndidə Türkiyə konsulluğunun açılması gözlənilirmi” sualına belə cavab verib:

“Xankəndinin hazır olmasını gözləyirik. Biz Şuşada konsulluq açmaqla bağlı müraciət etmişdik. İnşallah, dövlətimiz Azərbaycanla birgə bu məsələni dəyərləndirir. Zamanı gələndə konsulluq açılacaq”. 

Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq