AZ

İsrailin büdcə kəsiri 2008-ci il böhranından sonrakı ən yüksək həddə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsrailin büdcə kəsiri 35,7 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, İsrail Maliyyə Nazirliyinin Baş Mühasibat İdarəsindən verilən yazılı bəyanatda büdcə kəsiri ilə bağlı məlumat yayılıb.

Bəyanatda aprel ayında başa çatan büdcə ilində kəsirin 132,2 milyard şekel (35,7 milyard dollar) olduğu açıqlanıb.

Bu rəqəmin 2008-ci ildə qlobal iqtisadi böhranından sonra əldə edilən ən yüksək göstərici olduğu vurğulanıb.

Qeyd olunub ki, büdcə kəsiri hökumətin 2024-cü il üçün müəyyən etdiyi “ÜDM-in 6,6 faizi” hədəfini keçərək 7 faizə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
Mənbələr
Şərh ()
Bağla