Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, deputatlar Cavanşir Feyziyev, Kamilə Əliyeva, Ağalar Vəliyev və Vüqar İskəndərov mayın 12-də Şimali Kipr Türk Cümhuriyyətinin Nikosiya şəhərinə səfər edəcəklər. Bu barədə 1news.az-a Milli Məclisdən məlumat verilib. Səfər çərçivəsində deputatlarımız Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə-Azərbaycan və Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşündə iştirak edəcəklər. Səfər mayın 16-da başa çatacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.