AZ

VÖEN-i necə ləğv etmək olar?

Fəaliyyətimi dayandırdığım üçün VÖEN-i ləğv etdirmək istəyirəm. Bunun üçün hansı prosedur qaydaları mövcuddur? 
 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi uçotundan çıxmaq üçün vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) tərəfindən uçotda olduğu vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya poçt vasitəsilə “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda, onun əsli təqdim edilməlidir. Vergi şəhadətnaməsi itirildikdə isə vergi ödəyicisi tərəfindən əlavə olaraq yazılı məlumat təqdim olunmalıdır.

Onu da qeyd edək ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
3
Mənbələr
Şərh ()
Bağla