AZ

Azərbaycanlı ekspertlərin gələcək üçün ssenarilər hazırlamağı öyrənmələri vacibdir – Fariz İsmayılzadə

Bakı. Trend:

Azərbaycanlı ekspertlərin sabahı öncədən görmək, gələcək üçünssenari hazırlamağı öyrənməsi çox vacibdir.

Trend xəbər verir ki, bu barədə bu gün ADA Universitetininprorektoru Fariz İsmayılzadə Universitetdə İslam Təhsil, Elm vəMədəniyyət Təkilatı (İSESKO) ilə birgə təşkil olunmuş stratejiöncəgörmə üzrə dəyirmi masada çıxışında deyib.

"Təəssüf ki, hazırda Azərbaycan bir neçə münaqişə və geosiyasitoqquşma ilə əhatələnib. Düşünürəm ki, azərbaycanlı mütəxəssislərüçün sabahı öncədən görməyi öyrənmək, gələcək üçün ssenarihazırlamaq çox vacibdir. ISESKO ekspertləri ilə bugünkü müzakirəAzərbaycana bu istiqamətdə kömək edəcək", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, sabahın strateji proqnozunu azərbaycanlıanalitiklərlə, professorlarla və tədqiqatçılarla müzakirə etməküçün dəyirmi masanın təşkili çox vacibdir, çünki biz böyük sürətlədəyişən dünyada yaşayırıq: texnoloji dəyişikliklər, siyasi,qanunvericilik, ekoloji.

"Bu gün sabahı proqnozlaşdırmaq və qabaqcadan xəbər verməkgetdikcə çətinləşir. 50 il əvvəl dünya bugünkü qədər sürətlədəyişmirdi. Gələcək planlarımıza təsir edən bir çox yeni amillərvar", - deyə o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla