AZ

İstixana qazlarının emissiyasının azaldılması üçün inkişaf edən ölkələrə maliyyə yardımı ayırmaq zəruridir – Elnur Soltanov

Bakı. Trend:

İstixana qazlarının emissiyasının azaldılması məqsədilə inkişafedən ölkələrə maliyyə yardımı ayırmaq zəruridir

Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycanın energetikanazirinin müavini Elnur Soltanov (COP29 Azərbaycan üzrə baş icraçıdirektor ) “29 İqlim söhbəti: COP29-a gedən yol” tədbirində məlumatverib.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələr karbon büdcəsinin 80faizindən istifadə edərək inkişaf ediblər (yəni, iqtisadiyyatkarbon dioksidinin böyük tullantıları ilə inkişaf edib), lakin indionlar istixana qazlarının emissiyasının azaldılması ilə təbiətədəyən ziyanı mümkün qədər azaltmağı düşünürlər.

"Lakin inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələr kimiimkanları yoxdur, iqlim tədbirləri üçün maliyyə imkanları yoxdur,onlara maliyyə yardımı göstərilməlidir. Bu, Azərbaycanda COP29müzakirə olunan məsələlərdən biri olacaq. Azərbaycanda COP29keçirilməsi ölkənin üzərinə böyük məsuliyyət qoyur və növbətiyüzillikdə daha bir belə fürsətin yaranacağını təsəvvür etməkmümkün deyil", - deyə Soltanov vurğulayıb.

O qeyd edib ki, Azərbaycan hökumətinin öhdəliklərindən birimilli öhdəliklər (NDC) çərçivəsində karbon dioksid tullantılarının40 faiz azaldılmasıdır.

"Ümumiyyətlə, iqlim problemlərinin həlli normal həyatfəaliyyətinə ziyan vurmaqla həyata keçirilməməlidir və biz bunaiqtisadi və sosial inkişaf modellərini tətbiq edərək nail olmağaçalışmalıyıq", - deyə Soltanov əlavə edib.

Onun sözlərinə görə, ölkədə metan tullantıları və bütün növtullantılar problemini həll etmək, tullantıları elektrik enerjisivə ya faydalı məhsullar istehsalı ilə emal etməyə çalışmaqlazımdır.

Qeyd edək ki, cari ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlimDəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyası (COP29) keçiriləcək. Bununla bağlı qərar COP28-inötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbulolunub. İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən70-80 min xarici qonağı qarşılayacaq.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. TərəflərinKonfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasınanəzarət edən ali qərarverici orqandır.
Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərinfərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
Mənbələr
Şərh ()
Bağla