AZ

®Sabunçu rayonunda könüllü qan vermə aksiyası keçirilib

Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” və Bakıxanov bələdiyyəsinin birgə təşkilatçılığı ilə talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə kömək məqsədilə könüllü qanvermə aksiyası keçirilib.

Bir damla QAN bir HƏYAT deməkdir!” şüarı altında keçirilən aksiyada 800 nəfərdən çox insan könüllü iştirak edib.

Qeyd olunub ki, talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı kütləvi sürətdə qanvermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və qayğısı ilə başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Könüllü qanvermə aksiyalarından toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.

Balaxanı Əməliyyat Şirkəti LTD əməkdaşları da qan vermə aksiyasında fəal iştirak etdilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
Mənbələr
Şərh ()
Bağla