AZ

Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ

Özbəkistan, Qazaxıstan və Azərbaycan vasitəsilə Xəzər dəniz dibində enerji kabelləri çəkir.

Ednews Rusiya mediasına istinadən xəbər verir ki, keçən ilin noyabrında bu üç ölkə arasında "Yaşıl Enerjinin" ixracatı haqqında yeni razılaşma əldə edilib. Razılaşmaya əsasən, enerji Özbəkistandan, Qazaxıstana və daha sonra Azərbaycana ötürüləcək. Bundan sonra, Qara dəniz vasitəilə Avropaya çıxış edilir. 

Bununla yanaşı, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan artıq Xəzər regionundan Avropaya elektrik enerjisinin nəqli üçün infrastrukturun yaradılması üzərində işləyirlər.

Bu layihə çərçivəsində elektrik enerjisinin ötürülməsi üçün dünyanın ən uzun sualtı kabeli çəkiləcək, onun maliyyələşdirilməsi üçün isə Avropa Komissiyasının maliyyə qurumlarından layihəyə təxminən 2,3 milyard avro ayıracaq investisiyaların cəlb edilməsi planlaşdırılır.
 

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla