AZ

Ermənistanda vətəndaşları ümumxalq mitinqinə səsləyirlər » AzadMedia.az


Ötən gün Tavuşdan yürüşlə İrəvana gələn Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərlik etdiyi erməni müxalifət hərəkatı bu gün qondarma etiraz hərəkatı üçün adam toplamaq niyyətindədir.

Səhər Qalstyan Respublika meydanında vətəndaşları ümumxalq mitinqi üçün saat 18:30-da oraya gəlməyə çağırıb.

Mitinq başlamazdan əvvəl hərəkat nümayəndələri və onların tərəfdarları tələbələrlə görüşmək və onları tətilə təşviq etmək üçün universitetlərə baş çəkməyə başlayıblar. Bundan əlavə, Qalstanyan mərkəzləşdirilməmiş itaətsizlik aktlarına çağırıb.

İrəvan Dövlət Universitetinin bir qrup tələbəsi artıq tələbə tətilinə başlayıb. Onlar müxtəlif fakültələrə gedib “Tələbələr ayağa qalx” qışqıraraq tələbələri tətilə qoşulmağa çağırırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
Mənbələr
Şərh ()
Bağla