ABŞ-da açıqlanan iqtisadi məlumatlardan sonra ABŞ Federal Ehtiyat Sistemindən (FED) faiz endirimi gözlənildiyi üçün qızılın qiyməti son 3 həftənin ən yüksək səviyyəsinə yüksəlib.

İndex.az xəbər verir ki, qızılın unsiyası həftənin son ticarət günündə 0,9% bahalaşaraq 2,368 dollara satılıb.

Qızıl qiymətləri aprelin ortalarında rekord həddən sonra sabitləşsə də, bu il 14 faiz bahalaşıb.