FED rəsmilərindən ehtiyatlı açıqlamalar gəlməyə davam etməsi, qlobal bazarları rahatlaşdırır.

İndex.az xəbər verir ki, “ABŞ S&P 500, birjası aprel ayının əvvəlindən bu yana ən yüksək səviyyəyə yüksələrək, 5 min 200 bal səviyyəsini keçib.

“Apple”in bəzi süni intellekt məhsullarını bu il elan edəcəyini açıqlaması birjalarda yüksəlişə təkan verib.

“S&P 500” birjası yüksəlişə keçərək rekord səviyyəyə yaxınlaşır.

ABŞ fond fyuçersləri səhər saatlarında sabit qalıb.

Asiya Sakit Okean birjaları da yüksəlişdədir.

Honq Konqun “Hang Seng” birjası sentyabrdan bəri qeydə alınmış ən böyük səviyyəyə yüksəlib.

Baydenin yeni tarifləri ilə bağlı xəbərlərin ysyılması isə Çin birjalarına mənfi təsir göstərib.

ABŞ-ın 10 illik istiqrazlarının faizi cüzi dəyişərək 4,46% olub.