AZ

Gələcək naminə ekoloji təmiz - “yaşıl” enerji yaradaq

“İnnovativ İnkişaf” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən  icra edilən “Gəncə-Qazax regionunda iqlim dəyişikliyinin fəsadları ilə bağlı geniş ictimaiyyətin məlumatlılığının artırılması və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi” təşəbbüsü çərçivəsində 10 may 2024-cü il tarixindən etibarən “Regional inkişaf üzrə maarifləndirmə” İctimai Birliyinin nəzdində (Gəncə) fəaliyyət göstərən “Sağlamlıq imkanları məhdud olan uşaqların sosial reabilitasiya mərkəzi”nin işıqlandırılması günəş enerjisi avadanlıqlarının vasitəsilə həyata keçirilməsinə başlanıldı.

QHT.az xəbər verir ki, bu təşəbbüs BMT-nin İnkişaf Proqramı tərəfindən  həyata keçirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində icra edilir.

Bərpa olunan günəş enerjisindən istifadə “Sağlamlıq imkanları məhdud olan uşaqların sosial reabilitasiya mərkəzi”nin maliyyə vəsaitinə qənaət olunmasına, sığınacağın fasiləsiz elektrik enerjisi ilə təmin edilməsinə və karbon dioksid (CO2) emissiyasının müvafiq miqdarda azaldılmasına dəstək göstərir. “Sağlamlıq imkanları məhdud olan uşaqların sosial reabilitasiya mərkəzi”nin günəş enerjisi ilə təmin edilməsindən bir il ərzində təqribən 180 nəfər mərkəzin xidmətlərindən istifadə edən uşaq və yeniyetmələr bəhrələnəcəkdir.

Eyni zamanda, mərkəzdə quraşdırılmış günəş enerjisi avadanlıqları alternativ enerji mənbələrinin təşviq edilməsinə və yerli icma nümayəndələrinin iqlim dəyişikliyinin fəsadlarına daha həssas yanaşmalarına zəmin yaradır.               

Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin təşəbbüsü ilə icra edilən bu fəaliyyət Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” olmasına, BMT-nin Dayanıqlı İnkişaf  Məqsədlərinə və 2024-cü ildə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının-COP29-un Tərəflər Konfransının iqlim dəyişikliyi ilə mübarizə məqsədinə uyğundur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla