AZ

Vladimir Vayss millimizin baş məşqçisi olur? – Klubundan açıqlama

Slovakiyanın “Slovan” klubunun idman direktoru İvan Kmotrik komandanın baş məşqçisi Vladimir Vayssın Azərbaycan millisinin sükanı arxasına keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Msport.az xəbər verir ki, klub rəsmisi yerli mətbuata açıqlamasında 60 yaşlı mütəxəssisin AFFA-dan təklif aldığını təsdiqləyib.

Lakin o, baş məşqçinin Bratislava təmsilçisində qalacağını bildirib: “Vayss aldığı təklifi mənə bildirdi. Biz bu mövzunu birlikdə danışdıq. Söhbətimizdən məlum oldu ki, baş məşqçi “Slovan”da qalıb işləmək istəyir. Onun Bakıya gedəcəyi doğru məlumat deyil. Hazırda Slovakiyadakı evindədir. Klubun böyüməsi üçün bəzi dəyişikliklər lazımdır və biz Vayssdan razıyıq. Hazırda “Slovan”ın gələcək fəaliyyəti ilə bağlı müzakirələr gedir və inanıram ki, bütün məsələlər tez həll olunacaq. Müzakirələrin müsbət nəticə verəcəyinə inanıram. Vayssa tam güvənirəm. İnanıram ki, biz birlikdə yeni mövsüm üçün güclü və keyfiyyətli komanda qurub, yenidən uğurlar qazanacağıq”.

Qeyd edək ki, Azərbaycan mətbuatında Vladimir Vayssın yaxın günlərdə Bakıya gələrək AFFA ilə danışıqları yekunlaşdıracağı bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla