AZ

Ukraynaya yeni silah tədarükü yaxın həftələrdə açıqlanacaq - ABŞ Dövlət Departamenti

“ABŞ yaxın həftələrdə Ukraynaya yeni silah tədarükünü elan edəcək”.


Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat brifinqi zamanı deyib. 


O, bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya hərbi yardım göstərməyə və onun iqtisadiyyatını öz ayaqları üzərində dayana biləcək yerə çatdırmaq üçün Kiyevi dəstəkləməyə davam edəcək.


Onun sözlərinə görə, ABŞ Rusiya aktivlərinin Ukraynanın ehtiyacları üçün istifadə olunmasını təmin etmək üçün avropalı tərəfdaşlarla işləməyə davam edir.

 


Daşqın Həsənov
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla

Reytinq