AZ

Komanda məşqə gec yığışdı, baş məşqçi onun pulunu kəsdi

«Araz-Naxçıvan»ın yeni baş məşqçisi Elmar Baxşıyev ilk sərt cəza tədbirinə əl atıb.

Bir ay öncə komandanı təhvml almış mütəxəssis Turan Manafovu cərimələyib.

Səbəb müdafiəçinin komanda yoldaşlarını məşq yerinə gec toplamasıdır. Belə ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında hazırıq keçən kollektiv ora nəzərdə tutulduğu vaxtdan 10 dəqiqə gec gəlib.

Manafov prosesin icrasına cavabdeh seçildiyindən, məsuliyyət də onun üzərində qalıb. Səhlənkarlığı ucbatından maaşından 500 manat kəsilib.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla