AZ

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Toğrul

“Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın güləşçilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Toğrul Əsgərov Bakı şəhərinin 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçilməsi barədə danışarkən deyib.

Olimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı, Avropa çempionu bildirib ki, bu heç də təəccüblü və təsadüfi deyil: “Azərbaycan öz nüfuzu ilə dünyada lazımi qədər tanınır. Bunun da qarşılığı olaraq, şəhərimiz 2026-cı il üçün “İdman paytaxtı” seçildi. Azərbaycanda artıq mühüm idman yarışları baş tutur. Ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha göstərir ki, burada idman yüksək səviyyədə inkişaf edir. Biz də bu yolda öz işimizin öhdəsindən gələrək, Azərbaycan idmanının uğur salnaməsini daha da zənginləşdirmək istəyirik. İnanıram ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılar orada da fəxrinin ən yüksək pilləsinə qalxacaqlar”.

Qeyd edək ki, 2025-ci ilin sonunda Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakı şəhərinin dünyanın “İdman paytaxtı” olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
3
Mənbələr
Şərh ()
Bağla